Rusiya prezidenti Vladimir Putin və Belarus lideri Aleksandr Lukaşenko arasında telefon danışığı olub.
"Unikal" xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunur ki, danışıqlar zamanı liderlər Ukraynadakı vəziyyəti müzakirə ediblər.
“İkitərəfli gündəliyin bəzi aktual məsələləri, eləcə də Ukraynadakı vəziyyət müzakirə edilib”, - məlumatda deyilir.
Bundan əlavə, söhbət zamanı Rusiya dövlətinin başçısı Lukaşenkonu ad günü münasibətilə ürəkdən təbrik edib.
Gülayə Mecid