Qarabağdakı separatçı qüvvələrin sabiq “müdafiə naziri” Mikael Arzumanyan tutulub.
"Unikal" erməni KİV-ə istinadən xəbər verir ki, hazırda Araik Arutyunyanın “baş müşaviri” vəzifəsini icra edən Arzumanyan Qarabağdan Ermənistana gedərkən saxlanılıb.
Onun Ermənistan İstintaq Komitəsi Hərbi İdarəsinin göstərişi ilə saxlanıldığı deyilir.