Sumqayıt şəhərində istirahət mərkəzində baş verən partlayışla əlaqədar araşdırmalara başlanılıb.
Baş Prokurorluğun mətbuat xidmətindən "Unikal"-a bildirilib ki, hadisə Sumqayıt şəhərinin Sahil küçəsində, Corat-Novxanı yolunda “Sunset” istirahət mərkəzinin qazanxanasında baş verib. Nəticədə üç nəfər xəsarət alıb.

Hazırda Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.

xxx

20:32

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Novxanı kəndinin ərazisində yerləşən “Sunset” istirahət mərkəzində partlayış baş verməsi barədə məlumat daxil olub.

FHN-dən "Unikal"-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal Nazirliyin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

Müəyyən olunub ki, ilkin məlumata əsasən istirahət mərkəzinin suqızdırıcı (kombi) sistemində ani partlayış hadisəsi baş verib və nəticədə 3 nəfər xəsarət alıb. Dağıntı və yanğın hadisəsi qeydə alınmayıb.

FHN-in qüvvələri tərəfindən obyekt ərazisində müvafiq təhlükəsizlik tədbirləri görülüb.

xxx

20:04

Sumqayıtda istirahət mərkəzində partlayış olub, yaralananlar var

"Unikal" xəbər verir ki, hadisə şəhərin Sahil küçəsində Corat-Novxanı yolunda qeydə alınıb.
Orada fəaliyyət götərən “Sunset” istirahət mərkəzinin qazanxanasında partlayış baş verib. Hadisə nəticəsində 3 əməkdaş müxtəlif dərəcəli yanıq xəsarətləri alaraq Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanaya yerləşdirilib.

Vəziyyətlərinin ağır olduğu bildirilir.