Qaxda toy mərasimi zamanı bədbəxt hadisə baş verib.

"Unikal" xəbər verir ki, hadisə Qax şəhərində “Bəyaz saray” şadlıq evində olub.

Belə ki, toyda iştirak edən Qax şəhər sakini 1968-ci il təvəllüdlü Məmmədova Vəfa Loğman qızının halı pisləşib və o, dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.