Qobustanda qadın sirkə turşusundan zəhərlənib.
"Unikal" xəbər verir ki, rayonun Xilmilli kənd sakini, 1971-ci təvəllüdlü Orucova Sitarə İsmayıl qızı sirkə turşusundan zəhərlənmə diaqnozu ilə Qobustan Rayon Mərkəzi Xəstəxanasına, oradan isə Bakı şəhərindəki Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinə yerləşdirilib.
Həkimlərin səyinə baxmayaraq, xəstə ölüb.
Faktla bağlı araşdırma aparılır.