Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal" apa-ya istinadən xəbər verir ki, hadisə Xəzər rayonunda, Buzovna-Bilgəh yolunda qeydə alınıb.

“Range Rover” markalı avtomobil hərəkətdə olarkən yoldan keçmək istəyən piyadanı vurub. Piyada aldığı xəsarətlərdən ölüb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.