Gəncə şəhərinin Əziz Nəzərov küçəsində beşmərtəbəli yaşayış binasında yanğın baş verib. Yanğın zamanı 3 nəfər xəsarət alıb, 20 nəfər bina sakini təxliyə olunub.

"Unikal" xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Gəncə bölməsinin yanğınsöndürənləri və texnikası cəlb olunub.

Yanğın söndürülüb, alovun digər binalara keçməsinin qarşısı alınıb.