Tovuzda balıq tutan gənci elektrik cərəyanı vurub öldürüb.
"Unikal"-ın məlumatına görə, rayonun Vahidli kənd sakini, 2002-ci il təvəllüdlü Mirsalam Saadov çayda balıq tutan zaman elektrik cərəyanı vurub. Gənc oğlan hadisə yerində ölüb. Meyit aidiyyatı üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov