Qusar rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
"Unikal" report-a istinadən xəbər verir ki, hadisə Qələcuq kəndindən keçən hissəsində qeydə alınıb.
Quba rayon Dəlləkli kənd sakini Qədirov Baxodir Mamat oğluna məxsus “Opel” markalı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxıb. Nəticədə avtomobil yolun kənarındakı qoz ağaclarına çırpılıb.
Qəza zamanı B.Qədirov ölüb. Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Qusar rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.