Azərbaycanda zəlzələ olub.
Bu barədə "Unikal" Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir.
Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatına əsasən yeraltı təkanlar yerli vaxtla saat 22:21-də Pirqulu stansiyasından 9 km cənub-qərbdə Ağsu rayonunda 3,4 maqnitudada zəlzələ qeydə alınıb. Zəlzələ ocağı 14 kilometr dərinlikdə yerləşib.
Yeraltı təkanlar hiss olunmayıb.