Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal" xəbər verir ki, hadisə rayonun Zəyəm qəsəbəsində qeydə alınıb.
Hərəkətdə olan "VAZ-2107" markalı minik avtomobilinin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb. Qəza zamanı 2004-cü il təvəllüdlü Elvin İsmaylov ,2005-ci il təvəllüdlü Elmin Vəliyev, 2005-ci il təvəllüdlü Eşqin İsmayılov və daha bir nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Yaralıların vəziyyətinin kafi oduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.