Yevlağın Tanrıqullar kəndində heyvan oğurluğunda şübhəli bilinən şəxslər saxlanılıb.

"Unikal"ın məlumatına görə, ötən gün Tanrıqullar və ona qonşu Salahlı kəndi istiqamətində təxminən 40-a yaxın xırdabuynuzlu mal oğurluğu qeydə alınıb.

Tanrıqullar kəndində əməliyyat keçirən polis oğurluqda şübhəli bilinən iki nəfəri saxlayıb.

Hazırda faktla bağlı araşdırma aparılır. 

Ehtiram Muradov