Rusiyada 12 azərbaycanlıdır narkobaron var - SİYAHI

“Qara siyahı”ya düşən soydaşlarımızdan biri qadındır

Rusiya Federasiyası Narkotiklərin dövriyyəsinə nəzarət üzrə Federal Xidməti ən çox axtarılan narkodilerlərin siyahısına 12 nəfər Azərbaycan vətəndaşının da adını salıb. Modern.az-ın hüquq-mühafizə orqanının rəsmi saytına istinadən verdiyi xəbərə görə, siyahıda ümilikdə 37 nəfərin adı var ki, onlardan da 12-si azərbaycanlılardır. Ən pisi odur ki, “qara siyahı”ya düşən soydaşlarımızdan biri qadındır.

Rusiya Federasiyası Narkotiklərin dövriyyəsinə nəzarət üzrə Federal Xidmətinin axtardığı azərbaycanlı narkodilerlər bunlardır: Əbdürrəhmanov Rauf, Əzizov Mirislam, Əsədullayev Cəmil, Həsənov Məhəmməd, Həşimov Əbdüləzim, Məhərrəmov Zaur, Məmmədov Yaşar, Mehdiyeva Esmira, Rəsulov Elşən, Rüstəmov Müşfiq, Rüstəmov Ruslan, Yaqubov Qurbanəli.

Federal axtarışa verilən bu şəxslər müxtəlif narkotik vasitələri qaçaqmal yolu ilə Rusiya ərazisinə daşımaqda günahlandırılırlar.
Onların yerini bilənlərdən RF Narkotiklərin dövriyyəsinə nəzarət üzrə Federal Xidmətinə xəbər vermək xahiş olunub.