Daşkəsəndə odlu silahdan açılan atəş nəticəsində həyatını itirən qızın ölüm səbəbi müəyyənləşib.

"Unikal" xəbər verir ki, yeniyetmə qız intihar edib.

***20:00

Daşkəsəndə bədbəxt hadisə baş verib.

"Unikal"ın məlumatına görə, rayonun Qabaqtəpə kənd sakini 2007-ci il təvəllüdlü Günel Həsənova tüfəngdən açılan atəş nəticəsində ölüb. Hadisənin  hansı səbəbdən baş verdiyi məlum deyil.

Meyit müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov