Əməkdar incəsənət xadimi, şair, naşir, tərcüməçi Səyavuş Məmmədzadə vəfat edib.

"Unikal" xəbər verir ki, AYB-dən məlumat verilib.

Səyavuş Məmmədzadə 2 oktyabr 1935-ci ildə anadan olub. Yaradıcılığının ilk illərində "Molodyoj Azerbaydjana" qəzetində mütərcim, sonralar ədəbi işçi kimi işləyib. Azərbaycan klassik və müasir ədəbiyyatından rus dilinə, eləcə də rus, bolqar, Ukrayna, Polşa ədəbiyyatından Azərbaycan dilinə etdiyi tərcümələri dövri mətbuatda çap edilib.

2003-cü ildə Əməkdar İncəsənət Xadimi adına layiq görülüb.