Mingəçevirdə 14 yaşlı oğlan 4-cü mərtəbədən yıxılıb.
"Unikal"ın məlumatına görə, hadisə Müslüm Maqomayevlə Füzuli küçələrinin kəsişməsində olan yaşayış binasında baş verib. Belə ki, 2008-ci il təvəllüdlü autizm xəstəsi olan Həsənli Hüseyn İsmayıl oğlu hündürmərtəbəli binanın dördüncü mərtəbəsindən başı aşağı yerə çırpılıb. Ağır durumda olan yeniyetmə təcili xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdlrma aparılır.
Ehtiram Muradov