Goranboyda baş verən qəza nəticəsində ölənin şəxsiyyəti məlum olub.
"Unikal" məlumatına görə, minik maşının aşması nəticəsində Yevlax rayon sakini 1938-ci il təvəllüdlü Elyasova Nuridə Cəbi qızı hadisə yerində ölüb. 1950-ci il təvəllüdlü Mustafayeva Səyali Cəbi qızı və daha 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib, yaralıların vəziyyətinin kafi olduğu bildirilir.
Qeyd edək ki, qəzaya düşənlər Zeyvə kəndində nişan mərasimdən qayıdırlarmış.
Onların hamsı Yevlax rayon sakinləridir.
xxx
23:42
Goranboyda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Unikal" məlumatına görə, hadisə rayonun Goranboy-Ağcakənd yolunun rayonun Zeyvə kəndindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan "Mercedes" markalı minik maşını sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb. Qəza zamanı 1 qadın ölüb, 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov