Gəncədə intihar hadisəsi baş verib.
"Unikal"ın məlumatına görə, Goranboy rayon sakini 1996-cı il təvəllüdlü Elsevər Şükürov Gəncə şəhərində qohumlarının evində özünü asıb. Onun meyiti yaxınları tərəfindən evin eyvanında asılmış vəziyyətdə tapılıb. Meyit aidiyyatı üzrə təhvil verilib.
Qeyd edək ki, E.Şükürov əsəb xəstəliyindən əziyyət çəkirmiş.
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov