Şəmkir rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən Valeh Cəfərov saxlanılıb.

"Unikal" xəbər verir ki, onun üzərinə baxış keçirilən zaman narkotik vasitə olan “marixuana” aşkar edilib.

Saxlanılan şəxsin ətrafında aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində onun yaşadığı evdə də narkotik vasitə olması aşkarlanıb.

Ünvana baxış zamanı oradan 2 kq-dan çox narkotik vasitə olan “marixuana” aşkarlanıb. Dindirilmə zamanı saxlanılan şəxs narkotik vasitəni şəxsi istifadəsi üçün əkdiyini bildirib.

Faktla bağlı Polis Şöbəsində cinayət işi başlanılıb araşdırmalar davam etdirilir.