Cari ildə magistratura təhsil səviyyəsinə əlavə yerləşdirmə üzrə ümumilikdə daxil olan 577 müraciətdən 553 nəfəri təhsil müəssisəsi tərəfindən təsdiq edilib.
Bu barədə "Unikal"a Elm və Təhsil Nazirliyindən xəbər verilib.
Bildirilib ki, 30 avqust saat 23:59-da ali təhsil pilləsinin magistratura səviyyəsinə boş qalan plan yerlərinə əlavə yerləşdirmədən qəbul olanlar üçün qeydiyyat prosesi başa çatıb. Müraciətçilər https://portal.edu.az/ elektron xidmətində qeydiyyatdan keçərək “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət göndəriblər.