Göygöldə ölümlə nəticələnən qəza baş verib.

"Unikal"-ın məlumatına görə, hadisə Gəncə-Daşkəsən avtomobil yolunun rayonun Yeni Qızılca kəndindən keçən hissəsində qeydə alınıb. 

Hərəkətdə olan  "QAZ 53"  markalı yük avtomobili ilə  "VAZ 2107" markalı minik maşını toqquşub. Qəza zamanı 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov