İran, Azərbaycan və Rusiya Şimal-Cənub nəqliyyat dəhlizi çərçivəsində əməkdaşlığı müzakirə edəcək.
"Unikal" xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Nasser Kənani bildirib.
Onun sözlərinə görə, üç ölkə nümayəndələrinin görüşünün gələn həftə Bakıda keçiriləcəyini qeyd edib.O, xatırladıb ki, üç ölkə Şimal-Cənub dəhlizinin üzvüdür. “Qlobal hadisələri və xüsusən də Ukraynadakı vəziyyəti, habelə beynəlxalq tranzit marşrutlarında yüklərin və enerji daşınması ilə bağlı problemləri nəzərə alaraq, Şimal-Cənub tranzit marşrutunun əhəmiyyəti yenidən dünya ictimaiyyətinin diqqətini cəlb edib”.
Onun sözlərinə görə, region daxilində və ondan kənarda bir çox ölkələr bu dəhlizdən istifadə imkanlarında maraqlıdır.
“Bu yolun inkişafı İran və iki qonşu ölkə (Rusiya və Azərbaycan) üçün vacibdir. Gələn həftə Bakıda üç ölkə nümayəndələrinin görüşü nəzərdə tutulub, bununla bağlı bütün məsələlər müzakirə olunacaq, Dəhlizdən maksimum istifadə imkanlarını inkişaf etdirmək üçün birgə sazişlər bağlanacaq”.