Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində yanğın söndürülüb.

Bu barədə "Unikal" FHN-ə istinadən xəbər verir.

Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub və yanğın söndürülüb.

xxx

21:29

Bakıda "Ukrayna dairəsi"  yaxınlığında güclü yanğın başlayıb.

"Unikal"-ın məlumatına görə, yanğın Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən çay evində qeydə alınıb.

Hadisə yerinə yanğınsöndürənlər cəlb edilib.

Əlavə məlumat veriləcək.