Azərbaycanın Qarabağda qələbəsindən sonra Cənubi Qafqazda daimi sülh və sabitlik üçün mühüm fürsət yarandı.
"Unikal" xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu fransalı həmkarı ilə görüşdən sonra keçirdiyi birgə mətbuat konfransında bildirib.
Çavuşoğlu Türkiyə ilə Ermənistan və Azərbaycan ilə Ermənistan arasındakı danışıqlar prosesinin dəstəklənməli olduğunu vurğulayıb.