Bakıda köşk qarət olunub.
"Unikal" xəbər verir ki, Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Mərdəkan qəsəbəsində yerləşən köşklərin birindən 500 manat pul və 1 900 manat dəyərində lotereya biletləri oğurlanıb.
Bu barədə Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinə müraciət daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri M.Bukavadze və A.Bəkirov müəyyən edilərək saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.