Qaxda fərdi yaşayış evi yanıb.

"Unikal" xəbər verir ki, gecə saatlarında rayonun Şotovar kəndində, kənd sakini Xəyyam Şahmalıyevə məxsus, ümumi sahəsi 200 kv/m olan ikimərtəbəli fərdi yaşayış evində yanğın baş verib.

Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Qax rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyəti cəlb edilib. Yanğın nəticəsində evin yanar konstruksiyaları ev əşyaları ilə birlikdə yanıb. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.