Ağsuda itkin düşən qadın tapılıb.
"Unikal" xəbər verir ki, bir neçə gün öncə itkin düşməsi barədə ailəsi tərəfindən polisə müraciət olunan Gülnişan Səfərlinin yeri müəyyən edilib.
DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, 28 yaşlı xanım Bakıda, Sulutəpə qəsəbəsində tanışının evində tapılaraq ailəsinə təhvil verilib. O, tapılarkən sağ-salamat olub.