Gəncədə iki avtomobilin toqquşması nəticəsində ölən şəxsin kimliyi bilinib.

"Unikal" -ın məlumatına görə, hadisə zamanı 1999-cu il təvəllüdlü Abdullayev Beydalı Tofiq oğlu ölüb.

Qəza zamanı 2001-ci il təvəllüdlü Ağacanov Rüstəm Silduz oğlu isə xəsarət alıb.

23:37

Gəncədə ölümlə nəticələnən qəza baş verib.

"Unikal"ın məlumatına görə, hadisə şəhərin 28 May küçəsində qeydə alınıb. Hərəkətdə olan "Opel" markalı avtomobillə  "VAZ 2107" markalı avtomobil toqquşub.

Qəza zamanı 1 nəfər ölüb ,1 nəfər ağır xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov