Tanınmış aparıcı Ülvira Qarayevanın maşınına oğru girib.
"Unikal" xəbər verir ki, bu barədə o, "facebook" hesabında paylaşım edib.
“Səhərüzü məhəllədə 3 maşının şüşəsini sındırıb, içinə giriblər. Mənim maşınından bir qab qəpik, bir böyük çanta kosmetika və bir də hay-hayı getmiş qulaqcıq aparıblar”, - aparıcı qeyd edib.
Ü.Qarayeva əlavə edib ki, hadisə yerinə polis çağırılıb: “Abşeron Rayon Polis İdarəsinin tədqiqatçısı hadisəni protokollaşdırdı, ərizəmizi aldı. İnanmıram oğru tapıla, məhəllədə kamera yoxdur, amma nə vaxtsa ələ keçsə, barmaq izləri ilə bu işdə də əlinin olduğu sübut olunar”.
Aparıcı kosmetikasının oğurlanmasına belə münasibət bildirib: “Əsas məsələ - kosmetikanı neynirsən axı? Növbəti oğurluğa dodağını al qırmızı boyayıb gedəcəksən?”