Bakıda Azərbaycan-Rusiya regionlararası Forumunun növbəti tədbiri keçiriləcək.
"Unikal" xəbər verir ki, bunu ənənəvi brifinq zamanı Rusiya XİN-inin rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan edib.
Mətbuat konfransı nazirliyin sosial şəbəkə səhifəsindən canlı olaraq yayınlanıb.
Zaxarovanın sözlərinə görə, iki ölkə arasındakı diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə ilin sonuna kimi bir sıra yüksək səviyyədə səfərlərin və təmasların həyata keçirilməsi planlaşdırılır. Bu səfərlər zamanı ikitərəfli əməkdaşlığın bütün sferaları əhatə olunacaq.