Ötən gün Samuxda baş verən qəzada xəsarət alanların biri Gəncədə yerləşən xəstəxanada dünyasını dəyişib.

"Unikal" xəbər verir ki, ölən şəxs  Samux  rayon  sakini 1963-cü il təvəllüdlü Əsgərov İlqardır.

***

Samuxda yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal"ın məlumatına görə, hadisə rayonun Kür Yeni yolunda qeydə alınıb. Hərəkətdə olan "ZİL" markalı yük maşını ilə "VAZ-2106" markalı avtomobil toqquşub.

Qəza zamanı 1 nəfər ölüb, 1 nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov