Sabunçu rayonu Maştağa qəsəbəsində yerləşən F.Bayramov adına 22 saylı tam orta məktəbdə insident baş verib.
"Unikal" "Qafqazinfo"ya istinadən xəbər verir ki, əlində benzinlə məktəbə gələn valideyn özünü yandıraraq intihar edəcəyini bildirib. Bundan sonra məktəbdə quraşdırılmış “həyəcan siqnalı” işə salınıb və hadisə yerinə polis əməkdaşları gəlib. İntihara cəhd edən şəxs saxlanılaraq ərazi üzrə polis bölməsinə aparılıb. Burada məlum olub ki, özünü yandıracağını bildirən şəxs övladı həmin məktəbdə təhsil alan 1981-ci il təvəllüdlü Tural Hüseynovdur. Onun izahatı alınıb.
Məktəbdən bildirilib ki, hadisə barədə aidiyyəti qurumlar məlumatlandırılıb: “Həmin şəxsin psixoloji problemləri var və məktəbin hasarından keçməklə qeyri-qanuni şəkildə məktəb ərazisinə daxil olub