Azərbaycan Respublikasının prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və Türkiyə Cümhuriyyətinin prezidenti Rəcəb Tayyib Ərdoğan Özbəkistanda eyni sammitdə iştirak edəcəklər.
"Unikal" xəbər verir ki, bu barədə Özbəkistan prezidentinin mətbuat katibi Şerzod Əsədov məlumat verib.
Bildirilib ki, ölkə liderləri sentyabrın 15-16-da Səmərqənddə (Özbəkistan) keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində qonaq qismində dəvət olunub.
Ağarza Elçinoğlu