Ağdaşda ər 29 yaşlı həyat yoldaşını bıçaqlayıb.

"Unikal"ın məlumatına görə, hadisə Ağdaş şəhəri Xəqani küçəsində baş verib.

1993-cü il təvəllüdlü rayon sakini Şirinova Ayişə Mais qızı mübahisə zəmnində əri tərəfindən bıçaqlanıb. Müxtəlif nayihələrindən 4 bıçaq zərbəsi vurulan gənc qadın ağır durumda təcili xəstəxanaya çatdırıllb.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov