Oğuzda 2 avtomobil toqquşub, sürücülərdən biri ölüb.

"Unikal"ın məlumatına görə, hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun rayonun Bucaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan "Ford Tranzit" markalı yük avtomobili ilə "VAZ-2107" markalı avtomobilin toqquşması nəticəsində "VAZ-2107"nin sürücüsü, Cəlal Rəhim oğlu Quliyev aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Seymur Əli