Binəqədi Rayon Məhkəməsi Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən  vəkil Elçin Sadıqov barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı göndərilən təqdimata baxıb.

“Unikal" xəbər verir ki, hakim Fərid Əmirəliyevin sədrliyi ilə keçirilən prosesdə Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən həbs qətimkan tədbiri seçilməsi ilə bağlı göndərilən təqdimat təmin edilib.

Qərara əsasən E. Sadıqov Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) maddəsi ilə təqsirləndirilərək barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, Əvəz Zeynallı və vəkil E. Sadıqov "Baku Still Company"şirkətinin həbsdə olan sabiq rəhbəri Rasim Məmmədovun ailə üzvlərindən külli miqdarda rüşvət almaqda təqsirləndirilir.

xxx

0:16

Vəkil Elçin Sadıqov barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair məhkəmə iclası keçirilir.

"Unikal" xəbər verir ki, işə Binəqədi Rayon Məhkəməsində baxılır.
***
Vəkil Elçin Sadıqovun ofisindəki axtarışlar başa çatıb.

"Unikal" xəbər verir ki, hazırda o, prokurorluq əməkdaşlarının müşayiəti ilə Baş Prokurorluğa aparılır.

***

16:50

Faktla bağlı cinayət işi başlanıb. Hazırda istintaq hərəkətləri həyata keçirilir.

Bu barədə "Unikal"ın sorğusuna cavab olaraq Baş Prokurorluqdan bildirilib.

Əlavə məlumat veriləcək. 

xxx

16:08

Hazırda həbsdə olan "Baku Steel Company" şirkətinin rəhbəri Rasim Məmmədovun vəkili Elçin Sadıqovun ofisində axtarış aparılır. 

"Unikal" xəbər verir ki, bu barədə vəkilin özü sosial şəbəkədə məlumat verib. 

O, qeyd edib ki, bununla bağlı ona Baş Prokuroruqdan zəng olunaraq xəbərdarlıq edilib. 

Bundan əlavə, sosial şəbəkədə vəkilin evində də axtarış aparıldığı bildirilir.