Salyan rayonunda avtomobil təmiri sexində yanğın olub.

"Unikal" FHN-ə istinadən xəbər verir ki, rayonun Qarabağlı kəndində ümumi sahəsi 270 m² olan tikilinin (avtomobil təmiri sexi kimi fəaliyyət göstərir) tavanı 60 m² sahədə yanıb.

Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.