Bakı şəhərinin Nəsimi rayonunda çoxmərtəbəli mansarda tipli yaşayış binasında ümumi sahəsi 140 m² olan mənzilin 1 otağının tavanı 1 m² sahədə, sahəsi 80 m² mansardanın yanar konstruksiyaları 10 m² sahədə və binanın dam örtüyü 10 m² sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən "Unikal"-a verilən məlumata görə, mənzilin, mansardanın və dam örtüyünün qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.