Ucar rayonunda "KamAZ"ın aşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

"Unikal" xəbər verir ki, hadisə rayonun Boyat kəndinin girişində baş verib. 

Belə ki, Ucar yollarının tikintisinə cəlb olunmuş texnikanın aşması nəticəsində sürücü baş nahiyəsindən xəsarət alıb. 

Qəza nəticələrini aradan qaldırmaq səbəbilə əraziyə qaldırıcı kranlar gətirilib. 

Ağarza Elçinoğlu