Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) kitabxanasında baş vermiş yanğın söndürülüb.

"Unikal"ın məlumatına görə, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Gəncə Şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin 5 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.

Yanğın söndürülüb, başvermə səbəbləri araşdırılır.

*** 12:38

Azərbaycan Dövlət Aqrar Universitetinin kitabxanasında yanğın başlayıb.

"Unikal" xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub.

Yanğının başvermə səbəbləri hələ məlum deyil. Binada olan şəxslər təxliyə edilib.

Faktla bağlı araşdırmalara başlanılıb.