Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Leyla Abdullayeva Ermənistanla sərhəddə davam edən gərginliyə münasibət bildirib.
"Unikal" xəbər verir ki, o, bu barədə tviter səhifəsində yazıb.
O bildirib ki, Ermənistan tərəfi beynlxalq hüquqa əməl etmir: “Bu, həm də üçtərəfli bəyanatların şərtlərinin pozulmasıdır. Həmçinin təxribatlar davam edən normallaşma proesinə ziddir. Provokasiyalar Azərbaycanın yenidənqurma işlərinə mane olur”, - XİN sözçüsü bildirib.