Bakının Xəzər rayonunda yol qəzası zamanı 2002-ci il təvəllüdlü bir nəfər ölüb.
"Unikal" xəbər verir ki, Binə qəsəbəsində qeydə alınan hadisədə 20 yaşlı Rəfayev Fuad Əhməd oğlu yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsindən keçərkən onu minik avtomobili vurub.
Piyada aldığı zərbədən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.