Quba rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı "Mersedes” markalı nəqliyyat vasitəsinin sürücüsü Əmin Didari  yol polisi əməkdaşları tərəfindən nəzarət-yoxlama qaydasında saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən "Unikal"a verilən məlumata görə, polis əməkdaşları tərəfindən sürücünün narkotik vasitənin təsiri altında olmasına dair əsaslı şübhələr olduğundan o, tibbi müayinədən keçirilib. Müayinənin nəticəsinə əsasən həmin şəxsin marixuanadan istifadə etdiyi sübuta yetirilib. Ə.Didari barəsində qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbir görülüb.