Ayın sonunda Ermənistan və Azərbaycanın xarici işlər nazirləri sülh müqaviləsini müzakirə etmək üçün növbəti görüş keçirəcəklər.
"Unikal" xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan sentyabrın 14-də Ermənistan Milli Assambleyasının iclasında hökumət saatında deputatların suallarını cavablandırarkən bildirib.
Onun sözlərinə görə, razılıq avqustun 31-də Brüsseldə keçirilən üçtərəfli görüşdə əldə olunub.