Bakı şəhərinin Nərimanov rayonunda dördmərtəbəli inzibati binanın zirzəmisində yerləşən ümumi sahəsi 24 m² olan elektrik otağında 60 ədəd akkumulyator, 2 ədəd kondisioner və 10 p.m elektrik kabeli yanıb.
Fövqəladə Hallar Nazirliyindən "Unikal"a verilən məlumata görə, bina, yaxınlıqdakı avtomobillər və generator yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.