Şəmkirdə mağazadan oğurluq edilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən "Unikal"a verilən xəbərə görə, Şəmkir Rayon Polis Şöbəsinə rayon ərazisindəki mağazaların birindən 30.000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması məlumatı daxil olub.

Keçirilən əməliyyatla oğurluqda şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş E.Məmmədov saxlanılıb. Araşdırma aparılır.