“Biz təklif edirik ki, təhlükəsiz zona yaradılsın və azad edilmiş ərazilərə köçürüləcək məcburi köçkünlərimiz özlərini rahat hiss etsinlər”.
"Unikal" xəbər verir ki, bu təkliflə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında komitə sədri Ziyafət Əsgərov çıxış edib.
Z.Əsgərov bildirib ki, Ermənistan hər zaman təxribatlara əl atır: "Paşinyan Brüsseldə başqa şey danışır, ölkəsinə gələndə isə başqa hərəkət edir”.