"Bu gün içimizdə sapı özümüzdən olan baltalar var ki, ermənilərə yas tutur, Azərbaycanı Ermənistan ərazisinə girməkdə ittiham edirlər. Bu qədər satqınlıq olar? Bu qədər xəyanət olar?!"
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında komitə sədri Ziyafət Əsgərov deyib.
Onun sözlərinə görə, inana bilmirsən ki, bu insanlar doğrudan da Azərbaycan vətəndaşıdır:
"Biz Ermənistanın təxribatlarına cavab veririk. Azərbaycanın Ermənistan ərazisində gözü yoxdur".