"Düşmənin sərhəddə təxribat törətməsinə heç kimin şübhəsi olmasın. Əsas itkilərimiz hərbçilərimiz kazarmada olarkən baş verib. Həmin yerə artilleriya zərbələri endirilib. Yəni, təxribatə onlar başlayıblar".
Bunu "Unikal"a açıqlamasında keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov deyib. Eks-nazirin sözlərinə görə, Ermənistanın hərbi baxımından Azərbaycana müqavimət göstərməsi mümkün deyil.
"İstəyirlər Azərbaycana qarşı, xüsusilə də Qarabağ istiqamətində anneksiya siyasətini davam etdirsinlər. Başa düşürlər ki, bu siyasət təhlükə altındadır. Cavab olaraq Zəngəzur mövzusunu gündəmə gətirməyimiz onları vadar edir ki, SSRİ vaxtında olan sərhədə hansısa beynəlxalq qurumları yerləşdirsinlər. Belə nəzarəti qurandan sonra isə onların arxasından öz siyasətlərini davam etdirsinlər. Amma bu, alınmır. Qərb hazır deyil ki, burada təzə cəbhə yaratsın. İndi nə Qərb, nə də Rusiya Ermənistanın bu istəyini dəstəkləmir. Ermənistan Qarabağ mövzusundan əl çəkməlidir. Yoxsa, Zəngəzur mövzusunu cavab olaraq alacaqlar. Bizim sərhədi tanımayanda, biz də təbii ki, onların sərhədini tanımayacayıq".
Anar Kəlbiyev