Səmərqənddə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin arasında görüş başa çatıb.

"Unikal" xəbər verir ki, Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Dövlət Başçılarının 22-ci Zirvə Toplantısı çərçivəsində baş tutan görüş 40 dəqiqə davam edib.

17:49

Səmərqənddə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin arasında görüş başlayıb.

"Unikal" xəbər verir ki, görüş Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Dövlət Başçılarının 22-ci Zirvə Toplantısı çərçivəsində Səmərqənddə baş tutub.

Ərdoğan və Putin ikitərəfli əlaqələri, eyni zamanda regional məsələləri müzakirə edəcəklər.

Türkiyə və Rusiya liderlərinin Azərbaycan-Ermənistan dövlət sərhədindəki son gərginliyi də müzakirə edəcəyi gözlənilir.